PKK hücumu nəticəsində 3 türk əsgəri həlak olub

PKK hücumu nəticəsində 3 türk əsgəri həlak olub
# 16 aprel 2018 09:00 (UTC +04:00)

Türkiyənin Şırnak vilayətində, Bestlər-Dərələr adlanan ərazidə yerləşən hərbi hissə PKK terrorçularının hücumuna məruz qalıb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, iri kalibrli silahlardan açılan atəş nəticəsində 3 əsgər həlak olub, 1-i yaralanıb. Hərbçilər terrorçulara cavab atəşi açıblar. Bölgədə aviasiyanın iştirakı ilə əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR