ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23%, avro ilə 4,8% azalıb

ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23%, avro ilə 4,8% azalıb
# 04 avqust 2017 16:39 (UTC +04:00)

2017-ci ilin I yarımilliyi ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyllərə uyğun və məzənnə rejiminin çevikliyinin daha da artırılması şəraitində formalaşıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, 2017-ci ilin 6 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb.

“Belə ki, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23,3%, avro ilə əməliyyatların həcmi isə 4,8% azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 85,9%-i ABŞ dollarında, 14,1%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24,4%-i banklararası valyuta bazarında (BVB), 75,6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 57,6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,7%-ini hüquqi şəxslərə valyuta satışı təşkil edib”, - deyə sənəddə vurğulanıb.

Pul Siyasəti İcmalında qeyd olunub ki, balyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib: “Banklar tərəfindən ötən ilin 6 ayı ərzində 151 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 91 mln. ABŞ dolları xalis alış həyata keçirilib ki, bu da manatın sabitliyi ilə əlaqədardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR