Qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretlərin realizəsinin qarşısı alınıb

Qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretlərin realizəsinin qarşısı alınıb
# 14 aprel 2017 08:32 (UTC +04:00)

Qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “VAZ-2106” markalı, 50-CL-657 dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılıb və avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildə Azərbaycan Respublikasının vətəndaşı Zülfüqar Əyyub oğlu Tapdıqovun satdığı 29 200 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR