Ərdoğanla Merkel arasında növbəti telefon danışığı olub

Ərdoğanla Merkel arasında növbəti telefon danışığı olub
# 13 yanvar 2020 00:30 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hər iki lider bölgədəki vəziyyət və Liviya mövzusunda müzakirələr aparıblar.

Qeyd edək ki, Liviya mövzusunda Rusiya və Türkiyənin də iştirakı ilə Berlində konfrans olacağı gözlənilir.

Xatırladaq ki, Ərdoğanla Merkel yanvarın 6-da və 9-da telefon danışığı zamanı Liviya, eləcə də Suriya məsələsini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR