Tovuz sakininin mübahisə zəminində yanıq xəsarətləri aldığı məlum olub - YENİLƏNİB

Tovuz sakininin mübahisə zəminində yanıq xəsarətləri aldığı məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 22 yanvar 2018 12:08 (UTC +04:00)

Tovuz rayon sakininin mübahisə etdiyi şəxs tərəfindən yandırıldığı məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə rayonun Əyyublu kəndində Yuxarı Öysüzlü kənd sakini 28 yaşlı Mehralıyev Emil ağır yanıq xəsarətləri alaraq, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə çay evində baş verib. Tanışı Niyazi adlı şəxs mübahisə zəminində Emil Mehralıyevin üzərinə qaynar su töküb.

Qeyd edək ki, ilkin məlumatlarda E. Mehralıyevin icazəsiz başqasının evinə daxil olduğu, bu zaman ev sahibi tərəfindən üzərinə qaynar su töküldüyü bildirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

***

10:52

Tovuz sakini oğurluğa getdiyi evdə yanıq xəsarətləri alıb.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-ci il təvəllüdlü Mehralıyev Emil Rafiq oğlu üz nahiyəsinin yanıq xəsaərtləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Məlumata görə, E. Mehralıyev axşam saatlarında icazəsiz başqa bir evə daxil olan zaman ev sahibi onun üzərinə qaynar su töküb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR