Əliağa Vahidin yaradıcılığına həsr olunan musiqili gecə keçirilib

Əliağa Vahidin yaradıcılığına həsr olunan musiqili gecə keçirilib
# 30 sentyabr 2017 09:38 (UTC +04:00)

Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunan “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii, musiqili gecə keçirilib.

APA-nın məlumatına görə, gecədə xalq artisti Əminə Yusifqızı, əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Pərviz Qasımov, Nigar Şabanova, Abgül Mirzəliyev, Məhəmməd Nəcəfov, Gülnar Qüdrətli, Elnur Zeynalov, Vəfa Vəzirova, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Hüseyn Məlikov və Almaxanım Əhmədli çıxış ediblər. Xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndiriblər.

Tədbirdə xanəndələri xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.

Qeyd edək ki, “APA Holding” konsertin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR