Gəncə-Qazax iqtisadi rayonunda rekreasiya zonaları yaradılacaq

Gəncə-Qazax iqtisadi rayonunda rekreasiya zonaları yaradılacaq
# 07 mart 2018 08:19 (UTC +04:00)

"Azərbaycanın qərb regionunda turizmin inkişafı məqsədilə rekreasiya zonalarının yaradılması ilə əlaqədar təklif olunan ərazilərə ekspertlər ekspertlərlə birgə baxış keçirilib, hazırda müəyyən edilmiş ərazilər aidiyyəti yerli rayon icra hakimiyyətləri ilə razılaşdırılma mərhələsindədir".

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata görə, həmin regionda turizm və rekreasiya zonalarının elan olunması və Baş inkişaf planın hazırlanması 2019-2020-ci illərdə nəzərdə tutulur.

“Bununla yanaşı, Azərbaycanın qərb bölgəsində iqtisadiyyatın şaxələndirilməsinə və davamlı regional inkişafa, xüsusən kənd təsərrüfatı və turizmin inkişafa, xüsusən kənd təsərrüfatı və turizmin inkişafına töhfə vermək məqsədilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” və “Cənubi Qafqazda özəl sektorun inkişafı proqramı” layihələri həyata keçirilir. Sözügedən layihələr çərçivəsində qərb bölgəsində görüləcək işlər turizm və rekreasiya zonalarının yaradılmasına dəstək olacaq”. – deyə qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR