Ukrayna təyyarə qəzası ilə bağlı əsas versiyaları açıqlayıb

Ukrayna təyyarə qəzası ilə bağlı əsas versiyaları açıqlayıb
# 09 yanvar 2020 13:18 (UTC +04:00)

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası İranda baş vermiş təyyarə qəzası ilə bağlı əsas versiyaları açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əsas versiyalar arasında təyyarənin zenit qurğusu ilə vurulması, terror aktı nəticəsində partladılması və texniki qurğuların sıradan çıxması yer alıb.

Xatırladaq ki, göyərtəsində 176 nəfər olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR