Şirvanda oğurluq edən biri azyaşlı olmaqla 2 nəfər saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakinləri, 1993-cü il təvəllüdlü Dəmirov İlham Nurməmməd oğlu və 2001-ci il təvəllüdlü Dəmirov Asif Azad oğlu silsilə oğurluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Belə ki, adı çəkilən şəxslər bu ilin fevral ayında vətəndaşlara məxsus 1 ədəd avtoyuma aqreqatı, 2 ədəd plazma televizor, 1 ədəd mikrodalğalı soba və maye qaz balonu oğurlayıblar. Polis göstərilən əşyaları maddi sübut kimi götürüb. Saxlanılan gənclərin başqa oğurluqlarda əllərinin olub-olmaması istintaq tərəfindən araşdırılır.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.