Qusar sakinini boğaraq öldürən şəxslərə hökm oxunub

Qusar sakinini boğaraq öldürən şəxslərə hökm oxunub
# 28 noyabr 2016 10:23 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayonunda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirovun və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Belə ki, Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs) maddəsi ilə ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR