Lavrov: “ABŞ Suriyada alternativ hakimiyyət orqanları yaradır”

Lavrov: “ABŞ Suriyada alternativ hakimiyyət orqanları yaradır”
# 19 yanvar 2018 23:24 (UTC +04:00)

ABŞ Suriyada alternativ hakimiyyət orqanları yaradır.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.

“ABŞ-ın Suriyanın böyük bir hissəsində alternativ hakimiyyət orqanları yaratması danılmaz faktdır. Bu, rəsmi Vaşinqtonun üzərinə götürdüyü öhdəliklərə ziddir, о сümlədən BMT Təhlükəsizlik Şurasında. Bu olduqca böyük narahatlıq doğuran tendensiyalardır. Reks Tillerson dəfələrlə mənə deyib ki, yeganə məqsəd İŞİD-i məğlub etməkdir. İndi isə planların daha geniş olduğu aydın olur”, deyə S.Lavrov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR