Salyanda ata qızını qətlə yetirib - YENİLƏNİB

Salyanda ata qızını qətlə yetirib - <span style="color: red;">YENİLƏNİB
# 01 dekabr 2016 13:39 (UTC +04:00)

Salyanda qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində Salyan rayonunun Xurşud kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Əsədov Rauf Əsədxan oğlu 1998-ci il təvəllüdlü qızı Fərqanə Əsədovanı bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb.

R. Əsədov özü polisə könüllü təslim olub.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR