Xorvatiya prezidenti Azərbaycanın dövlət başçısına başsağlığı verib

Xorvatiya prezidenti Azərbaycanın dövlət başçısına başsağlığı verib
# 07 mart 2018 16:15 (UTC +04:00)

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən kədərləndirdi. Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə bu faciəli hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Ölkənizin vətəndaşlarının kədərini bölüşür, həlak olanların ailələrinə səbir diləyirik. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR