Sentyabrın 22-dən Bağdad-Bakı-Bağdad marşrutu üzrə aviareyslər həyata keçiriləcək

Sentyabrın 22-dən Bağdad-Bakı-Bağdad marşrutu üzrə aviareyslər həyata keçiriləcək
# 10 sentyabr 2015 12:48 (UTC +04:00)

APA-nın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə “İraq Hava Yolları”nın yaydığı məlumatda deyilir.

Bildirilir ki, ilk 4 reys üzrə biletlərin qiyməti 250 dollar civarında olacaq. İraqın nəqliyyat naziri Baqir əz-Zubeydinin tapşırığına əsasən “İraq Hava Yolları” sentyabrın 22-dən həftədə bir gün olmaqla, çərşənbə axşamı Bağdad-Bakı-Bağdad marşrutu üzrə uçuşlar reallaşdıracaq.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən “İraq Hava Yollarına” Bağdad-Bakı-Bağdad marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və slotlar (təyyarələrin havaya qalxması və yerə enməsi üçün ayrılan vaxt intervalı) təsdiq edilib.

Həmçinin qeyd olunub ki, “İraq Hava Yollarına” Nəcəf-Bakı-Nəcəf marşrutu üzrə uçuşların reallaşdırılması ilə bağlı da icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR