Bakı-Quba yolunda yük maşını maneəyə çırpılıb, xəsarət alanlar var

Bakı-Quba yolunda yük maşını maneəyə çırpılıb, xəsarət alanlar var
# 26 dekabr 2016 06:25 (UTC +04:00)

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 83-cü km-də Məmmədov Rəsul Sərdar oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını beton arakəsməyə çırpılıb. Nəticədə maşında ola iki sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar Hacıqabul rayonu, İkinci Udulu kənd sakinləri 1992-ci il təvəllüdlü Məmmədov Tarix Abduləli oğlu və 1992-ci il təvəllüdlü Əliislamlı Çingiz Səməd oğludur. Hər iki şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri stabildir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR