Bərdə sakinindən 13 kq narkotik götürülüb

Bərdə sakinindən 13 kq narkotik götürülüb
# 29 avqust 2017 10:36 (UTC +04:00)

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdborakı kənd sakini Taleh Hüseynovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə evindən 13 kiloqram 430 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR