Ağcabədidə avtomobil aşıb, iki qardaşdan biri ölüb - FOTO

Ağcabədidə avtomobil aşıb, iki qardaşdan biri ölüb - FOTO
# 04 fevral 2020 11:34 (UTC +04:00)

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şərəfxanlı kəndi ərazisində qeydə alınıb. 1998-ci il təvəllüdlü Əliyev Şaməddin Niyaməddin oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 15 yaşlı Əliyev Nəciməddin Niyaməddin oğlu aldığı xəsarətdən hadisə yerində ölüb. Xəsarət alan sürücü isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR