Ötən il Azərbaycana gələn və ölkədən gedən əcnəbilərin sayı açıqlanıb

Ötən il Azərbaycana gələn və ölkədən gedən əcnəbilərin sayı açıqlanıb
# 16 yanvar 2017 13:27 (UTC +04:00)

Azərbaycana 2016-cı il ərzində 1 milyon 143 min 951 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətində 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirədə xidmətin rəisi Firudin Nəbiyev hesabat məruzəsində bildirib.

F. Nəbiyev deyib ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə 1 milyon 143 min 951 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə 2 milyon 242 min 783 dəfə girişi və 1 milyon 137 min 351 nəfər olmaqla, ölkə ərazisindən 2 milyon 242 min 788 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb.

Keçən il ölkədə qalma müddətinə müvafiq olaraq 672 min 337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb. 51 min 710 nəfərə müvafiq yaşama icazələri, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9 min 480 nəfərə isə iş icazəsi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR