ABŞ Dövlət Departamenti: “Suriya münaqişəsinin siyasi yolla həllinə alternativ yoxdur”

ABŞ Dövlət Departamenti: “Suriya münaqişəsinin siyasi yolla həllinə alternativ yoxdur”
# 03 avqust 2015 21:23 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.

“Qətərin paytaxtı Dohada ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı xarici işlər idarələri başçılarının görüşü baş tutub. Qeyd edim ki, bu üçtərəfli formatda keçirilən ilk görüş olub. Tərəflər Suriyadakı vəziyyəti müzakirə edib, münaqişənin siyasi yolla həllinin vacibliyini vurğulayıblar”, deyə M.Toner bildirib.

Onun sözlərinə görə, dövlət katibi Con Kerri ABŞ-ın mövqeyini növbəti dəfə təsdiqləyib: “Bəşər Əsədin öz xalqına qarşı qəddarlığı İŞİD-in möhkəmlənməsinə xidmət edib. Bu səbəbdən onun ölkənin siyasi gələcəyində yeri yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR