Şəki sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Şəki sakini bədbəxt  hadisə nəticəsində ağır xəsarət alıb
# 18 aprel 2017 16:48 (UTC +04:00)

Şəkidə 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 15 radələrində Şəki şəhər sakini, 1963-cü il təvəllüdlü Mənəf Ələsgər oğlu Mənəfov alt çənənin kəsiyi və alt çənə sümüyünün sınığı xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, M. Mənəfov yaşadığı ünvanda “laqonda” aparatı ilə iş görən zaman qəfildən alətin kəsici daşı çıxaraq onun alt çənəsinə dəyib.

M. Mənəfovun müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR