NASA Yerə bənzər yeni planet kəşf edib

NASA Yerə bənzər yeni planet kəşf edib
# 24 iyul 2015 13:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Günəş sistemində Yer kürəsinə oxşar yeni bir planetin kəşfi ilə bağlı bəyanatla çıxış edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, bu yeniliyi agentliyə 2009-cu ildən bəri kosmosda digər həyatın mövcudluğunu araşdıran “Keppler” səma teleskopu ötürüb.

Bu barədə məlumat verən NASA alimləri hələ ki, kəşfə dair heç bir dəlil göstərməyiblər. Ekspertlər istənilən halda Yer kürəsinin oxşarının mövcudluğuna əmindirlər.

Məlumatda qeyd olunub ki, Aerokosmik Agentlik insanlığın min illərlə xəyal etdiyi və həyatın olduğu yeni bir kəşfin astanasındadır.

Alimlər Yer kürəsindən 500 işıq ili aralı məsafədə yerləşən sözügedən planetə xüsusi hazırlanmış sputnik vasitəsilə çatmağı planlaşdırırlar.

Hazırda NASA astronomları yeni kəşfə dair ətraflı tədqiqat aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR