Gömrük işçiləri 3 mindən çox pirotexniki vasitə aşkar edib

Gömrük işçiləri 3 mindən çox pirotexniki vasitə aşkar edib
# 22 dekabr 2016 08:01 (UTC +04:00)

Azərbaycan gömrük xidməti orqanlarının əməkdaşları 3 000 ədəddən çox müxtəlif formalı pirotexniki vasitə aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Xaçmaz şəhərində reyd keçirilib.

Nəticədə gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan vətəndaşından 3 169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR