Prezident İlham Əliyev idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Əzimov Abas Əzim oğlu və Məmmədyarov Qəhrəman Müslüm oğluna bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub.
Dövlət başçısı idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:
Allahverdiyev Tarverdi Əflan oğlu
Eyvazov Çingiz Abuzər oğlu
Əhədov Seymur Kamil oğlu
Feyzullayev Vaqif Səxavət oğlu
Krapivin Oleq Andreyeviç
Qurbanov Firudin Eyyub oğlu
Məmmədyarov Həmid Hilal oğlu
Salehli Bəhruz Qədir oğlu