İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
# 23 yanvar 2017 13:58 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı, həmin şəxsin daxili orqanından (düz bağırsağından) 19 bükümdə, ümumi xalis çəkisi 86,165 qram olan narkotik vasitə - heroin, 20 bükümdə, ümumi xalis çəkisi 97,795 qram olan narkotik vasitə - tiryək, 1 bükümdə isə xalis çəkisi 1,740 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR