Xalid Əhədov Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə gətirilib

Xalid Əhədov Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə gətirilib
# 23 dekabr 2016 07:49 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub. Fonddan "APA-Economics"ə verilən məlumata görə, Xalid Əhədov Şuranın üzvü seçilib.

X. Əhədov dekabrın 8-dən etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O bu vəzifədə Elmar Məmmədovu əvəzləyib.

E. Məmmədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasından da kənarlaşdırılıb. E. Məmmədovun Şuradakı səlahiyyətlərini müvəqqəti olaraq ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR