“Bakı Kart”da xırda pulun qaytarılması vahid ödəniş sisteminin tətbiqindən sonra mümkün olacaq

“Bakı Kart”da xırda pulun qaytarılması vahid ödəniş sisteminin tətbiqindən sonra mümkün olacaq
# 21 dekabr 2016 11:19 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli “Bakı Kart” terminallarına iri məbləğdə pulun daxil edilməsi zamanı xırda pulun qaytarılması ilə bağlı məsələyə aydınlıq gətirib.

APA-Economics” xəbər verir ki, BNA-nın 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı V.Kərimli bildirib ki, paytaxtda “Bakı Kart” terminalları quraşdırılan zaman 17 ölkənin təcrübəsindən istifadə olunub.

“Nəinki Avropa, həmçinin bizə yaxın ölkələrin də təcrübəsi bu proses zamanı nəzərdən keçirilib və həmin ölkələrin nəqliyyat institutları ilə görüşlərdə məlum olub ki, bu, elə də ciddi problem yaratmır. Sadəcə məsələ bundan ibarətdir ki, problem bir vətəndaşın kart, digərinin isə pulunu xırdalamaq istəyi zamanı yaranır. Yəni, “Bakı Kart” terminalları “pulxırdalama” aparatı kimi rol oynayır. Lakin hal-hazırda bu təklif üzərində müəyyən işlər görülür. Belə ki, müəyyən məbləğlərə qədər qəbul edib, müəyyən məbləğə qədər isə qaytarma məsələsi ilə bağlı işlər gedir. Bu mərhələyə isə tam olaraq BNA-nın vahid ödəniş sistemi tətbiq olunduqdan sonra keçiləcək”, - deyə baş direktor əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR