Rusiya BMT TŞ-da “Boeing”lə bağlı qətnaməyə veto qoyub

Rusiya BMT TŞ-da “Boeing”lə bağlı qətnaməyə veto qoyub
# 29 iyul 2015 23:17 (UTC +04:00)

Bakı-APA. Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynada Malayziyaya məxsus “Boeing” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq tribunalın yaradılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, 11 TŞ üzvü qətnamə layihəsinin lehinə səs verib, 3-ü bitərəf qalıb.

Rusiya özünün veto qoymaq hüququndan istifadə edərək qətnamənin qəbuluna imkan verməyib.

Qeyd edək ki, malayziyalı diplomatlar BMT-nin Təhlükəsizlik Şurasında beynəlxalq tribunalın yaradılması və qəzada əli olanların cinayət məsuliyyətinə cəlb edilməsinə dair qətnamə irəli sürmüşdülər.

Xatırladaq ki, 2014-cü il, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsinin Donetsk vilayətində qəzaya uğraması nəticəsində 298 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR