PKK terrorçuları mülki avtomobilə atəş açıb, ölən var

PKK terrorçuları mülki avtomobilə atəş açıb, ölən var
# 05 sentyabr 2015 12:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin Hakkari bölgəsində terrorçular mülki avtomobilə atəş açıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Şemdinli rayonunda baş verib və hücum nəticəsində bir nəfər ölüb.

Məlumata görə, PKK terrorçularının Şemdinli-Yüksekova avtomobil yolunun 20-ci kilometrliyində saxladıqları avtomobilin sürücüsü Cəlal İnan hadisə yerindən yayınmaq istəyərkən atəşə məruz qalıb.

Avtomobildə olan Ədalət və İnkişaf partiyasının Şemdinli rayonu üzrə sabiq sədr müavini Möhsün Qaya xəsarət almadan xilas olub.

Terrorçuları zərərsizləşdirmək üçün təhlükəsizlik qüvvələri əməliyyata başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR