Nazirlər Kabineti “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nı təsdiqləyib

Nazirlər Kabineti “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nı təsdiqləyib
# 27 dekabr 2019 18:44 (UTC +04:00)

Nazirlər Kabineti “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nı təsdiqləyib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası” dərman vasitələrinin dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanmışdır və ölkə ərazisinə idxalı zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında dərman vasitələrinin ekspertizasının aparılmasının icra mexanizmini tənzimləyir.

Dərman vasitələrinin ekspertizasının aparılması qaydasının qeydiyyat qaydalarından ayrılıqda müəyyən olunması bu sahədəki qeyri-müəyyənliyin aradan qaldırılmasına şərait yaradacaqdır. Eyni zamanda, dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin müəyyən edilməsi məqsədilə onların ekspertizasının aparılması bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına imkan yaradacaq və əhalinin sağlamlığının təmin edilməsinə xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR