Polisə yalan məlumat verən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Polisə yalan məlumat verən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 27 yanvar 2017 13:32 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ruslan Abışovun cinayət ili üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Abışov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R. Abışov soyğunçuluğa məruz qalması ilə bağlı polisə yalan məlumat verməkdə ittiham olunur. O, tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək, pulunu əlindən aldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR