Bakıda qətl törədən qadının məhkəməsi başlayıb

Bakıda qətl törədən qadının məhkəməsi başlayıb
# 30 mart 2017 09:53 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Valentina Filimonovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib. Həmin ərazidə yaşayan V.Filimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. N.Orlov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR