Londonda naməlum şəxs küçədə atəş açıb, ölən var

Londonda naməlum şəxs küçədə atəş açıb, ölən var
# 10 iyul 2015 22:28 (UTC +04:00)

Bakı-APA. Londonun şimal hissəsində naməlum şəxsin küçədə atəş açması nəticəsində 1 kişi ölüb, 1 qadın isə yaralanıb

APA-nın Sky News-a istinadən verdiyi məlumata görə, insident insanların sıx olduğu küçədə baş verib.

Bildirilir ki, xəsarət alan qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatları hələlik məlum deyil.

Hazırda polis hadisə yerini mühasirəyə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR