“Caspian Energy” jurnalında Türkiyənin Baş nazirinin eksklüziv müsahibəsi dərc olunub

“Caspian Energy” jurnalında Türkiyənin Baş nazirinin eksklüziv müsahibəsi dərc olunub
# 08 may 2018 08:30 (UTC +04:00)

Caspian Energy jurnalının 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi– 2018”ə həsr olunmuş 103-cü xüsusi nömrəsi işıq üzü görüb.

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Caspian Energy jurnalının yeni nömrəsində Türkiyənin Baş naziri Binəli Yıldırımın eksklüziv müsahibəsi dərc olunub.

Jurnalda, həmçinin Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan, Rusiyanın prezidentinin xüsusi nümayəndəsi İqor Bratçikov, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin müsahibələri yer alıb.

Jurnalda, həmçinin SOCAR Georgia Gas, SOCAR Georgia Petroleum, PASHA Bank Georgia, P&G, Ziraat Bank Azerbaijan, Yagmur-2 və Iteca Caspian-nın fəaliyyəti barədə materiallarla qeyd olunub.

Jurnalın təqdimatı Azərbaycan və Gürcüstan dövlətlərinin yaranmasının 100 illiyinə, həmçinin Xəzər-Qara dəniz regionunda həyata keçirilən müasir enerji və iqtisadi siyasətin banisi – Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi– 2018” çərçivəsində təşkil olunacaq.

Beynəlxalq Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur. Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının bir çox investorlarının fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR