Venesuelada Konstitusiya Assambleyası üzvlüyünə namizəd qətlə yetirilib

Venesuelada Konstitusiya Assambleyası üzvlüyünə namizəd qətlə yetirilib
# 11 iyul 2017 04:28 (UTC +04:00)

Venesuelada Konstitusiya Assambleyası üzvlüyünə namizəd öldürülüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 41 yaşlı Xose Rivas Aranquren Marakay şəhər stadionunda keçirilən seçkiqabağı mitinqdə qətlə yetirilib.

Naməlum şəxs ona yaxınlaşaraq odlu silahdan bir neçə dəfə atəş açıb. Törətdiyi əməldən sonra cinayətkar hadisə yerindən qaçıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Venesuelada Konstitusiya Assambleyasına seçkilər iyulun 30-da keçiriləcək. Dövlət başçısı Nikolas Maduronun imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

Ölkədə prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin əvvəlindən Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR