DİM dünən keçirilmiş imtahanda iştirak etmiş abituriyentlərə müraciət edib

DİM dünən keçirilmiş imtahanda iştirak etmiş abituriyentlərə müraciət edib
# 28 iyul 2017 08:09 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27 iyulda keçirilmiş yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Mərkəzdən APA-ya verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına 28 iyul 2017-ci il tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd olunub ki, Apellyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR