Belarus XİN ermənilərin Füzulidə qətlə yetirdiyi uşağın ailəsinə başsağlığı verib

Belarus XİN ermənilərin Füzulidə qətlə yetirdiyi uşağın ailəsinə başsağlığı verib
# 07 iyul 2017 10:59 (UTC +04:00)

Belarus Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar masası arxasında dialoq yolu ilə həllinə tərəfdardır.

APA-nın məlumatına görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin erməni silahlı qüvvələrinin iyulun 4-də Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın ölümü ilə əlaqədar yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Belarus qan tökülməsinin dayandırılacağına ümid edir: “Şübhəsiz ki, biz dinc sakinlər arasında ölüm hallarının olmasından təəssüflənirik və ölənlərin ailələrinə başsağlığı veririk. Ümid edirik ki, qan tökülməsi dayandırılacaq. Bütün məsələlərin yalnız danışıqlar yolu ilə həllinə tərəfdarıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR