Azərbaycan ərazisində ötən ay 269 partlamamış hərbi sursat, 13 tank əleyhinə mina zərərsizləşdirilib

Azərbaycan ərazisində ötən ay 269 partlamamış hərbi sursat, 13 tank əleyhinə mina zərərsizləşdirilib
# 03 sentyabr 2015 08:10 (UTC +04:00)

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 113 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 300 968 764 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713 301-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Sumqayıt, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR