AÇG-də gündəlik neft hasilatı ötən il 8% azalıb

AÇG-də gündəlik neft hasilatı ötən il 8% azalıb
# 10 yanvar 2020 09:46 (UTC +04:00)

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda ümumi gündəlik hasilat orta hesabla 535 min barelə bərabər olub ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 8,4% azdır.

Bu barədə "APA-Economics" BP-nin (layihənin operatoru) məlumatına istinadən xəbər verir.

BP-nin göstəricilərinə əsasən, 2018-ci ildə AÇG-dən gündə orta hesabla 584 min barel neft hasil edilib.

Məlumatda qeyd olunur ki, 26 dekabr 2019-cu il tarixində yataqlar blokundan 500 milyonuncu ton neft hasil edilib.

Xatırladaq ki, ötən il AÇG blokunda iki platformanın fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması məqsədilə dayandırılıb.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG(SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%,"Equinor" (keçmiş "Statoil") – 7,27%,"ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və"ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 ilmüddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq,2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR