Azərbaycanın təbii qaz ixracından gəlirləri 22% artıb

Azərbaycanın təbii qaz ixracından gəlirləri 22% artıb
# 12 sentyabr 2017 15:40 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 926 mln. 776,92 min ABŞ dolları dəyərində 5 mlrd. 182 min 571,64 kubmetr təbii qaz ixrac edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 176 mln. 593,25 min kubmetr və ya 3,53% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 169 min 45,35 dollar və ya 22,31% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 757 mln. 731,57 min dollar dəyərində 5 mlrd. 005 mln. 978,39 min kubmetr təbii qaz ixrac edilib.

Qeyd edək ki, Azərbaycanın bu ilin 8 ayında ümumi ixracında təbii qazın ixrac payı 12,83% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR