AŞPA-nın yay sessiyasında Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabat təqdim olunacaq

AŞPA-nın yay sessiyasında Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabat təqdim olunacaq
# 06 iyun 2018 09:39 (UTC +04:00)

AŞPA-nın iyunun 25-29-da keçiriləcək yay sessiyasında Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Riçard Badea seçkilərə dair hesabatını təqdim edəcək.

APA-nın məlumatına görə, onun çıxışı sessiyanın ilk günü nəzərdə tutulub.

Həmçinin yay sessiyası zamanı AŞPA yeni prezident seçəcək. Sessiyada Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı da gözlənilir.

Gündəliyə üzv ölkələrdə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasına dair müzakirələr və insan haqları müdafiəçilərinin müdafiəsi daxil edilib.

Sessiyada Suriya ilə qonşu ölkələrdə qaçqınlara dair humanitar vəziyyət də müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR