Bakıda Azərbaycan və Aİ arasında aviasiya sazişi üzrə danışıqlar keçiriləcək

Bakıda Azərbaycan və Aİ arasında aviasiya sazişi üzrə danışıqlar keçiriləcək
# 19 oktyabr 2017 09:30 (UTC +04:00)

Oktyabrın 24-25-də Bakıda Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişi üzrə danışıqlar keçiriləcək.

Bunu APA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. O bildirib ki, gələn həftənin əvvəlində Aİ-nin bu sazişlə bağlı xüsusi nümayəndə heyəti Bakıya gələcək.

Xatırladaq ki, iyulun 4-5-də Brüsseldə Avropa ittifaqı ölkələri və Azərbaycan arasında vahid aviasiya məkanı haqqında müqavilənin imzalanması üzrə danışıqların ikinci mərhələsi keçirilib. Görüşün nəticələrinə dair protokol imzalanıb. Danışıqların üçüncü mərhələsinin Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Gözlənilir ki, görüşdə müqavilənin yekun variantı razılaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR