Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək
# 16 iyul 2015 07:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bölgələrdə yaşayan, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən iyulun 23-də saat 9:00-dan 13:00-dək Saatlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin və saat 14:00-dan 18:00-dək İmişli rayon ƏSMM-nin inzibati binalarında, iyulun 24-də saat 9:00-dan 13:00-dək Beyləqan və saat 14:00-dan 18:00-dək Füzuli rayonlarının mərkəzi xəstəxanalarında əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstəriləcək.

Xidmət göstəriləcək şəxslər əvvəlcədən qeydiyyata alınıb və onlar ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin olunacaqlar.

Bu ilin ötən dövründə ƏƏSMN tərəfindən respublikanın 37 rayon və şəhərində səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edilib və 1 500 nəfərə yaxın şəxsə müvafiq xidmətlər göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR