Ötən il Auditorlar Palatasının gəlirləri 10%-dən çox artıb

Ötən il Auditorlar Palatasının gəlirləri 10%-dən çox artıb
# 01 may 2018 13:28 (UTC +04:00)

2017-ci ildə Auditorlar Palatasının aktivlərinin həcmi 572,387 min manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 6,7% çoxdur.

"APA-Economics" Palatanın 2017-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il qurumun uzunmüddətli aktivlərinin məbləği 365,691 min manat, qısamüddətli aktivlərinin məbləği isə 206,696 min manat olub.

Ötən il Auditorlar Palatasının cəmi öhdəlikləri 2016-cı illə müqayisədə 17,3 dəfə artaraq 31,976 min manata yüksəlib.

2017-ci ilin sonuna Palatanın cəmi kapitalı 36,4% azalaraq 333,715 min manat təşkil edib.

Qeyd edək ki, ötən il Auditorlar Palatasının cəmi əməliyyat gəlirləri 10,3% artaraq 690,055 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR