Lənkəran sakinləri külli miqdarda narkotik maddə ilə tutulublar - VİDEO

Lənkəran sakinləri külli miqdarda narkotik maddə ilə tutulublar - <span style="color: red;">VİDEO
# 23 avqust 2015 18:12 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Lənkəran rayon sakini, 36 yaşlı, əvvəllər məhkum olunmuş Ramin Gülhüseyn oğlu Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

APA-nın cənub bürosunun məlumatına görə, baxış zamanı onun üzərindən külli miqdarda narkotik maddə, o cümlədən 5,5 kiloqram tiryək, 8 kiloqram marixuana aşkarlanaraq müsadirə olunub.

İstintaqa verdiyi ifadəsində saxlanılan şəxs narkotik maddənin İran İslam Respublikasının vətəndaşları tərəfindən Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində gizlədildiyini və onu oradan götürərək 500 manat müqabilində əmisi oğlu Vüsal Məhərrəm oğlu Tağıyevə verməli olduğunu bildirib. Lakin R. Tağıyev narkotik maddələri götürərkən polis əməkdaşları tərəfindən yaxalanıb.

Polis həmçinin R. Tağıyevin əmisi oğlu Vüsal Tağıyevi də saxlayaraq istintaqa cəlb edib. Ona məxsus "VAZ- 21015" markalı avtomobilə baxış keçirilərkən oradan 3 kibrit qutusunda 15 qrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.


Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) cənub bölgəsində regional şöbəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR