Hindistanda qar uçqunu nəticəsində 11 nəfər ölüb

Hindistanda qar uçqunu nəticəsində 11 nəfər ölüb
# 06 yanvar 2018 20:44 (UTC +04:00)

Hindistanda qar uçqunu nəticəsində 11 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qar uçqunu Cammu və Kəşmir ştatında baş verib.

Qeyd olunur ki, insident ötən axşam baş verib, ölənlər arasında uşaqların da olduğu bildirilir.

Axtarış-xilasetmə əməliyyatına polis, ordu və yerli sakinlər cəlb edilib.

Məlumata görə, 2 nəfəri xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR