Qəbələdə Serbiya idmançısı Dünya Kuboku yarışlarının qalibi olub

Qəbələdə Serbiya idmançısı Dünya Kuboku yarışlarının qalibi olub
# 14 avqust 2015 13:23 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 14-də daha bir yarış - qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışları - keçirilib. Yarışın final mərhələsində Serbiya, Tayvan, Çin, Rusiya, Ukrayna, Koreya və Fransadan 8 idmançı iştirak edib.

Serbiya idmançısı Zorana Arunoviç 199 xalla Çin idmançısını geridə qoyaraq birinci yeri tutub. Çin idmançısı Yuemei Lin 197.7 xalla ikinci, Tayvan atıcısı Chen Chia Tien (Tayvan) 177.7 xalla üçüncü yeri tutub. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, yeddi gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 26 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR