® Azər Türk Bank intellektual yarışmaya dəstək verdi

<font color=red>® </font> Azər Türk Bank intellektual yarışmaya dəstək verdi
# 04 dekabr 2017 06:43 (UTC +04:00)

Dekabrın 3-də Hilton hotelində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys (Azerbaijan Business Case Competition) müsabiqəsinin final mərhələsi keçirilib.

Azərbaycanın müxtəlif universitetlərinin tələbələrinin iştirakı ilə keçirilən bu müsabiqənin qaydalarına görə yarımfinal qalibi olmuş dörd komanda final mərhələsində maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələr üzrə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış etmiş, kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası istiqamətlərində bilik və bacarıqlarını nümayiş etdirmişlər.

Gərgin mübarizədən sonra Bakı Mühəndislik Universitetinin komandası birinci yerə layiq görülmüşdür.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, səhmlərinin 75 faizi dövlətə məxsus Azər Türk Bank, ölkədə 15-ci dəfə baş tutan bu mühüm əhəmiyyətli tədbirin tərəfdaşı qismində çıxış etmişdir. Daim yenilikçi və innovativ olan Azər Türk Bankın bu layihədə iştirak etməkdə niyyəti gənclərin iqtisadi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməkdə, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə onlara dəstək verməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR