Dow Jones indeksi 0,1% enib, S&P 500 0,03% yüksəlib, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,03% yüksəlib, Nasdaq 0,2% enib
# 10 yanvar 2014 06:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 16 445 bəndədək enib, S&P 500 0,03% - 1 838 bəndədək yüksəlib, Nasdaq 0,2% - 4 156 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına işsizlik üzrə müraciətlərin sayının ötən həftə ərzində 15 min azalması barədə məlumat təsir edib.

Avropa fond bazarlarında yanvarın 9-da FTSE 100 indeksi 0,5% - 6 691 bəndədək, Almaniya DAX-ı 0,8% - 9 422 bəndədək, Fransa CAC-40-ı isə 0,8% - 4 225 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 226,30 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3609 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR