“Məhkum TV-Rezonans” telelayihəsinin təqdimat mərasimi keçirilib - FOTO

“Məhkum TV-Rezonans” telelayihəsinin təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 10 dekabr 2012 14:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Hüquqşünaslar Konfederasiyasının dəstəyi ilə müstəqil jurnalist Mübariz Əsgərov tərəfindən hazırlanan “Məhkum TV-Rezonans” telelayihəsinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) İdarə Heyətinin rəhbəri Əli Hüseynli, həmçinin deputatlar, hüquq müdafiəçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Ə. Hüseynli telelayihənin Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi ilə hazırlandığını bildirib. M. Quliyev isə layihənin əhəmiyyətini vurğulayıb. O, “Rezonans” layihəsinin cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların sonrakı həyatında oynayacağı roldan danışıb.

Qeyd edək ki, telelayihədə müxtəlif cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR