İranda terror aktları törətmək istəyən şəxslər zərərsizləşdirilib

İranda terror aktları törətmək istəyən şəxslər zərərsizləşdirilib
# 16 noyabr 2012 10:55 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) ölkə ərazisində bir sıra terror aktları törətmək istəyən şəxsləri zərərsizləşdirməsi barədə məlumat yayıb.

APA-nın İRNA-ya istinadən mətbuatına istinadən məlumatına görə, istintaq zamanı saxlanılan şəxslərin Qərb ölkələrinin, xüsusilə də İsrailin kəşfiyyat orqanlarının göstərişi ilə İranda müxtəlif terror aktları həyata keçirməyi planlaşdırdıqları bildirilir.

Məlumatda həmçinin zərərsizləşdirilən şəxslərin əsasən ərəblərin yaşadığı İranın Xuzistan vilayətində terror aktları törətmək niyyətində olduqları, partlayıcıların da əsasən Fars körfəzi ölkələrinin birindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirildiyi qeyd olunub: “Əməkdaşlarımızın keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərdən 8 hazır bomba və rabitə vasitələri götürülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR